“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bilindi
Çağırış Kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun 1/16 final mərhələsində Almaniyanın “VfB SUHL Thüringen” komandasına qarşı keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.
Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, iki klub arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki oyun Almaniyada keçiriləcək.
Dekabrın 14-də və 15-də keçiriləcək görüşlərdə ilk gün “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.
“Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin