“Azərreyl”dən qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 11-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Azərreyl” “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı ilə məğlub edib. Ardınca isə “Murov Az Terminal” UNEC-i 3:0 hesabı ilə üstələyib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

11-ci tura sabah baş tutacaq “Gəncə” – “Abşeron” görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə İdman Sarayında reallaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button