
“Azərreyl” və “Xilasedici”dən qələbə
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Xilasedici” MOİK-i 3:0 hesabı ilə məğlub edib. Eyni hesabla “Azərreyl” “Gənclər” komandasını üstələyib.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilib.
Dekabrın 11-də, saat 15:00-da isə “Murov Az Terminal” ilə “Neftçi” münasibətlərə aydınlıq gətirəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin