Azərbaycanlı şahmatçıdan ardıcıl 4-cü qələbə
Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qalibiyyətini əldə edib.
Hesabat turunda qrossmeyster Polşanı təmsil edən Martina Vikarı məğlub edib.
Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar.
Avropa çempionatı
4-cü tur
Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) 1:0
Alisiya Sliviçka (Polşa) – Günay Məmmədzadə 1:0
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) 1:0
Ellen Frederisiya Nilssen (Norveç) – Xanım Balacayeva 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) – Ayan Allahverdiyeva 0,5:0,5
Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) 0,5:0,5
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) 1:0
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) – Ləman Hacıyeva 0,5:0,5
Şlomit Vardi (İsrail) – Nərmin Abdinova 0,5:0,5
4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşdürür. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla M.Qarsiyaya qarşı mübarizə aparacaq.
Bizi Facebook-da izləyin