Rəcəbov FİDE-nin xəbərini yalanladı: “Bu, düzgün deyil, turnirdən çıxmağım üçün…”

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun İddiaçılar Turnirindən imtina etməsinin səbəbi şəxsi məsələləri deyil.

Komanda.az xəbər verir ki, bu barədə Rəcəbov “instagram” hesabında məlumat yayıb. O, FİDE-nin yaydığı məlumatın düzgün olmadığını bildirib və İddiaçılar Turnirindən imtinasının şəxsi səbəblərlə əlaqədar olmadığını deyib:

“Əziz həmvətənlər, şahmat həvəskarları, şahmat ictimaiyyəti, həmkarlar və dostlar. Bu, düzgün deyil, turnirdən çıxmağım üçün şəxsi səbəblərim yoxdur. FİDE-yə göndərdiyim məlumat və onların cavabı ilə bağlı tezliklə açıqlama verəcəyəm”.

FİDE, Teymur Rəcəbovun şəxsi səbəblərə görə İddiaçılar Turnirindən ayrıldığını və onu fransalı Maksim Vaşye Laqravın əvəzləyəcəyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button