Azərbaycanlı şahmatçı Rusiyadakı turnirdə yarışacaq

Azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva bu gün Rusiyanın Vladivostok şəhərində start götürəcək rapid üzrə beynəlxalq turnirə yollanıb.

Komanda.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, yarışda Rusiya, Hindistan, Qazaxıstan, Belarus, Tacikistan, İran, Qırğızıstan və digər ölkələrin təmsilçiləri də mübarizə aparacaq.

32 şahmatçının qatılacağı turnir 11 turdan ibarət olacaq.

Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqadakı şəxsi Avropa çempionatında bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button