Azərbaycanlı referidən avrokubok matçında 6 “sarı”

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Rumıniyada ÇFR və Türkiyənin “Adana Dəmirspor” komandaları arasında keçirilən Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu idarə edib.

Komanda.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. Bu, Türkiyə təmsilçisinin avrokuboklarda ilk oyunu olub.

Azərbaycanlı ədalət təmsilçisi qarşılaşma ərzində 6 futbolçuya sarı vərəqə göstərib. Məsiyev həm meydan sahiblərindən, həm də qonaqlardan 3 futbolçunu cəzalandırıb.

Qeyd edək ki, Məsiyevə bu oyunda yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov yardım ediblər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button