Azərbaycanlı hakimlərə Gürcüstandan dəvət
Azərbaycanlı qadın hakimlər beynəlxalq turnirə dəvət olunub.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. FİFA referisi Yuliya Qurbanova və referi köməkçisi Sevda Nuriyeva Gürcüstan Futbol Federasiyasının dəvətinə əsasən, 19 yaşadək qızlardan ibarət milli komandalar arasında təşkil olunacaq beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.
Gürcüstan, Belarus, Estoniya və Ukrayna komandalarının iştirak edəcəyi turnirin oyunları 21-26 aprel tarixlərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin