Azərbaycanlı para-pauerliftinqçi Tbilisidə “bürünc” qazandı
Azərbaycan para-pauerliftinqçisi Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Açıq Avropa çempionatında bürünc medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Komanda.az-a verilən məlumata görə, onun ən yaxşı nəticəsi 74 kq olub.
İdmançının ümumilikdə qaldırdığı 201 kq çəki isə öz kateqoriyasında 2-ci ən yaxşı göstərici olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin