Azərbaycanlı məşqçilər beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton üzrə məşqçiləri Danimarkanın Brondbü şəhərində keçirilən beynəlxalq seminarda iştirak ediblər.

Komanda.az xəbər verir ki, dekabrın 6-da start götürən təcrübə təliminə gənc mütəxəssislər Orxan Qələndərov və Kənan Rzayev qatılıb.

Üç gün davam edən seminar Danimarka Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində Avropa Badminton Konfederasiyası tərəfindən təşkil olunub. Avropanın müxtəlif ölkələrindən iştirak üçün dəvət olunan məşqçilər ölkədə badmintonun uğurlu inkişaf strategiyası, məşq mədəniyyəti, həm milli komanda, həm də klub səviyyəsində fəaliyyət göstərən məşqçilərin iş prinsipləri ilə yaxından tanış olublar, Danimarka badminton sisteminin önəmli şəxsləri ilə görüşüblər.

Seminar gənc badminton məşqçilərinin müəyyən təcrübə qazanması və bunu gələcəkdə öz fəaliyyətlərində tətbiq etməsi baxımından böyük imkanlar yaradır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button