Azərbaycanlı məşqçi “Ayntraxt”da

Azərbaycanlı futbol məşqçisi Etibar İbrahimov Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə anlaşıb.

Komanda.az xəbər verir ki, bu haqda məlumatı “Kəpəz”in mətbuat katibi Azad Mustafayev “feysbuk” hesabında yazıb.

44 yaşlı mütəxəssis Frankfurt təmsilçisinin Çindəki akademiyasında çalışacaq və onunla 1+2 illik müqavilə imzalanacaq. İbrahimov viza ilə bağlı məsələni həll etdikdən sonra sözləşməni rəsmiləşdirmək üçün Almaniyaya, oradan isə Çinə yollanacaq. Onun təyinatında “Ayntraxt”ın beynəlxalq əlaqələr üzrə idman direktoru Nikolay Adamın da rolu olub. Almaniyalı mütəxəssis 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində və Hindistan yığmasında birgə çalışdığı İbrahimovu klub rəhbərliyinə məsləhət görüb.

Etibar İbrahimov 2018/2019 mövsümündə “Kəpəz”in baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button