Azərbaycanlı məşqçi Albaniya Super Liqasında çalışacaq
Azərbaycanlı məşqçi Rüfət Quliyev Albaniya Super Liqasında işləyəcək.
Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Biliş” klubunun baş məşqçisi Nevil Dedenin köməkçisi təyin olunub.
Quliyev həmçinin, Albaniya klubunun əvəzedici komandasının baş məşqçisi vəzifəsini yerinə yetirəcək.
O, Albaniyanı UEFA Gənclər Liqasında təmsil edəcək U-19 komandası “Biliş”ə də rəhbərlik edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin