Azərbaycanlı milyarder təkid edir: prezident erməni olsun

Moskvanın “Spartak” klubunda rəhbər dəyişikliyi ola bilər.

Komanda.az xəbər verir ki, 18 ildir Moskva klubunun prezidenti olan Leonid Fedunun istefa verəcəyi bildirilir. Onun yerini tutmağa əsas namizədin isə Aşot Xaçaturyants olduğu bildirilir.

Rusiya mətbuatı iddia edir ki, Xaçaturyantsın prezident olmasını azərbaycanlı milyarder Vahid Ələkbərov israrla təkid edir.

Xatırladaq ki, Aşot Xaçaturyants 2021-ci ilin payızının əvvəlində Rusiya Premyer Liqasının prezidenti səlahiyyətlərini icra etməyə başlayıb. Həmin ilin noyabrında o, vəzifəyə rəsmən təsdiq olunub. Ancaq 2021/2022 mövsümünün sonunda bu postu tərk etdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button