
Tokio-2020: Rafael Ağayevin rəqibləri bilindi
Azərbaycanlı karateçi Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 5 dünya və 11 qat Avropa çempionu olan Ağayev 75 kq çəki dərəcəsində B qrupunda mübarizə aparacaq. Onun rəqibləri Luici Buza (İtaliya), Noa Bix (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurqanad Ajiqanovdur (Qazaxıstan). Görüşlər avqustun 6-da keçiriləcək.
Qrupda ilk iki sıranı tutan idmançı yarımfinala vəsiqə qazanacaq və bürünc medalı təmin edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin