Azərbaycanlı karateçi Almatıda dünya çempionu oldu

Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.

Komanda.az xəbər verir ki, o, mundialın qızıl medalını qazanıb.

Təmsilçimiz 14-15 yaş qrupunda 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub.

Millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button