
Azərbaycanlı idmançı “Karate-1” A Seriya turnirində “bürünc” qazanıb
Azərbaycan idmançısı Rəşid Süleymanov (75 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən “Karate-1” A Seriya turnirində bürünc medal qazanıb.
Bu barədə Komanda.az-a Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
Azərbaycan millisinin üzvü fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Dünən millinin digər üzvü Hüseyn Məmmədli gümüş medal qazanmışdı.
“Karate-1” A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



