Azərbaycanlı idmançı beynəlxalq turnirdə qələbə qazandı

Yaponiyanın Sapporo şəhərində keçirilən MMA üzrə “Rizin Landmark 11” beynəlxalq turnirində Azərbaycan idmançısı Vüqar Kərəmov (71 kq) qələbə qazanıb.

Komanda.az xəbər verir ki, o, Yaponiya idmançısı Şuya Kimuraya qalib gəlib.

Kərəmov bu görüşlə qələbələrinin sayını 7-yə çatdırıb. Şuya Kimura isə peşəkar karyerasında ilk dəfə məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button