
Azərbaycanlı həkim Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasının üzvü seçilib
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib.
Bu barədə Komanda.az-a AVF-nin mətbuat xidmətindən məlumat verilib.
Bu, FIVB-nin İdarə heyətinin ilk iclasında baş verib. Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.
Kazımova həmçinin, Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin