Azərbaycanlı hücumçudan “Arsenal”da uğurlu debüt
Futbol üzrə Rusiya Birinci Liqasında 2022/23 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Kamranın bu yay yollarını ayırdığı “SKA-Xabarovsk”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç Əliyevin yeni komandasının qələbəsiylə yekunlaşıb – 3:2.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da azərbaycanlı futbolçu vurub. Gənclərdən ibarət yığmamızın sabiq hücumçusu 38-ci dəqiqədə sabiq komandasını cəzalandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin