Azərbaycanlı hücumçu Ukrayna klubunun tarixinə düşdü
“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə Ukraynanın “Minay” klubunun tarixinə düşüb.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ujqorod təmsilçisindən xarici kluba satılan ilk oyunçu olub.
21 yaşlı hücumçu həmçinin “Minay”ın tarixində ilk tamhüquqlu transferdir.
“Qarabağ” Rüstəm Əhmədzadə ilə 2026-cı ilin 30 iyununa qədər müqavilə imzalayıb. Gənc futbolçu 2020-ci ilin iyulundan “Minay”da çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin