Renat Dadaşov qol vurdu, komandası qələbə qazandı – video

Futbol üzrə Portuqaliya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Famalikan”la qarşılaşıb. Görüş “Tondela”nın 3:2 hesablı qələbəsiylə başa çatıb.

Renat Dadaşov oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə komandasının qələbə qoluna imza atıb.

“Tondela” Premyer Liqada 7 oyundan 3 sonra 6 xalla 12-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button