Azərbaycanlı hakimlərdən FİFA fitnes testi götürüldü

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlər FİFA fitnes testi veriblər.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Oyunlara dördüncü hakim kimi təyinat alan referilərin də qatıldığı testləri Hakimlər Komitəsinin sədri Frits Stuxlik və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev götürüb.

Test iki hissədən ibarətdir:

Test-1 (təkrar sprint bacarığı): maksimum 6 x 40 m. 6.0 saniyə
Test-2 (məsafə testi): 75 m / 25 m (15 san / 18 saniyə) – 10 dövr

Qeyd edək ki, sabah Premyer Liqaya təyinat alan köməkçi hakimlər aşağıdakı normativlər üzrə test verəcəklər:

Test-1 (CODA)
Test-2 (təkrar sprint bacarığı)
Test-3 (Məsafə testi)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button