
Azərbaycanlı hakimlər beynəlxalq yarışa təyinat alıblar
Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva və Elşad Məmmədov beynəlxalq yarışa təyinat alıblar.
Komanda.az ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar Bolqarıstanın Sofiya şəhərində keçiriləcək “Prezident Kuboku” turnirində iş başında olacaqlar.
Turnir mayın 17-nə qədər davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



