Azərbaycanlı hakimlər Belçika millisinin oyununu idarə edəcək
Azərbaycanın futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılova təyinat verilib.
Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər AVRO-2026-nın əsas mərhələsində Çexiya – Belçika oyununu idarə edəcək.
Dekabrın 13-də Çexiyanın Plzen şəhərində keçiriləcək görüş saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin