
Azərbaycanlı hakimlər Avropa Kuboku oyununa təyinat alıblar
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinatlarını alıblar.
Komanda.az xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Nilüfer Bələdiyyəspor” (Türkiyə) – “Red Boys”(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.
Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.
Oyun noyabrın 16-da, Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman Kompleksində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



