Azərbaycanlı hakimlər Avropa çempionatının oyunlarına təyinat aldılar
Azərbaycanlı FİFA hakimləri 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Rauf Cabarov və Akif Əmirəli martın 19-dan 27-dək Hollandiyada keçiriləcək 2-ci, Rəhim Həsənov və Mübariz Haşımov isə martın 25-dən aprelin 2-dək Macarıstanda təşkil ediləcək 7-ci qrupun oyunlarında iştirak edəcəklər.
2-ci qrupda Hollandiya, Çexiya, İsrail və Şimali İrlandiya, 7-ci qrupda isə Belçika, Macarıstan, Norveç və Bosniya və Herseqovina komandaları mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin