Azərbaycanlı hakimlər AÇ-nin seçmə oyunlarına təyinat aldılar
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxalq oyunlara təyinat alıb.
Komanda.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında AÇ-2022-nin seçmə mərhələ oyunlarında iş başında olacaq.
Məsiyev 7-ci qrupun oyunlarına təyinat alıb. Azərbaycanlı referi əvvəlcə oktyabrın 7-də keçiriləcək Finlandiya – İsveçrə qarşılaşmasını idarə edəcək. Onun köməkçilərindən biri azərbaycanlı yan xətt hakimi Elşad Abdullayev olacaq. Digər yan xətt hakimi və dördüncü hakim isə Avstriyadandır.
Azərbaycanlı hakimlər oktyabrın 10-da bu qrup çərçivəsində baş tutacaq Bosniya və Herseqovina – Finlandiya matçına da təyinat alıblar. Elşad Abdullayev yenə yan xətt hakimi olacaqsa, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oktyabrın 13-də keçiriləcək Cəbəllütariq – Finlandiya görüşünü də Elçin Məsiyev idarə edəcək. Ona bu dəfə maltalı hakimlər və Abdullayev yardım göstərəcək.
7-ci qrupun matçlarına Finlandiya ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin