Azərbaycanlı hakim Türkiyədə mükafatlandırıldı
Türkiyənin paytaxtı İstanbul şəhərində WAKO təqviminə uyğun olaraq kikboksinq üzrə dünya kuboku keçirilib.
Komanda.az xəbər verir ki, yarışa Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının müavini, beynəlxalq “A” dərəcəli hakim Aydın Ağabəyov da ədalət təmsilçisi kimi dəvət edilib.
Aydın Ağabəyov yarışın final döyüşlərini idarə edib. O, yarışın seçilmiş hakimi kimi WAKO – Dünya Kikboksinq Təşkilatları Birliyinin prezidenti Roy Baker və Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı tərəfindən mükafata layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin