Azərbaycanlı hakim “Şaxtyor”un oyununa təyinat alıb
Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında Ukraynanın “Şaxtyor” klubunun oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, ədalət təmsilçisi Donetsk təmsilçisinin İsveçrənin “Yanq Boys” komandasına qarşı keçirəcəyi matçı idarə edəcək. Ona Namik Hüseynov və Vüsal Məmmədov köməklik göstərəcək.
Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək görüşün dördüncü hakimi yerli referi Patrik Şvenqers olacaq.
Noyabrın 6-da təşkil olunacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin