
Azərbaycanlı hakim İngiltərə millisinin oyununa təyinat alıb
Kamal Umudlu U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.
Bu barədə Komanda.az-a AFFA-dan bildirilib.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



