
Azərbaycanlı hakim Fransa – Portuqaliya matçına təyinat alıb
Azərbaycanlı hakim Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutacaq qarşılaşmanın birinci hakimi olacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq. Hikmət Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin