Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarına təyinat alıb

Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.

Komanda.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.

Cəbrayılov avqustun 21-də keçiriləcək “Fiorentino” (San Marino) – “Amiqo Northwest” (Bolqarıstan) matçında birinci hakim olacaq.

Beynəlxalq dərəcəli hakim bir gün sonra “Fiorentino” (San Marino) – “Minerva” (İsveçrə) görüşündə üçüncü, “Amiqo Northvest” (Bolqarıstan) – “Pro Futsal Cymru” (Uels) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.

B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button