Azərbaycanlı hakim Avropa çempionatının oyununda
Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Qafarlı yanvarın 29-dan fevralın 3-dək dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin Bolqarıstanda keçiriləcək G qrupunun oyunlarını idarə edəcək.
Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq. Qrupda ikinci pilləni tutacaq komanda əsas mərhələdə Azərbaycan millisinin rəqiblərindən olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin