
Azərbaycanlı hakim Albaniya klubunun oyununa təyinat alıb
Azərbaycanlı hakim Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Vlajniya” (Albaniya) – “Valyur” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
İyulun 18-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin