
Azərbaycanlı güləşçi Kazandakı idman oyunlarında bürünc medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.
61 kq çəki dərəcəsində yarışan 21 yaşlı güləşçi beynəlxalq multi-idman oyunlarında bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin