Azərbaycanlı futbolçunun komandasından çempionla heç-heçə
Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda son çempion “Riqa” ilə qarşılaşıb. Əlizadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Asim də bu görüşün iştirakçısı olub. O, 90+2-ci dəqiqədə meydana buraxılıb.
Beş turdan sonra 5 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin