
Azərbaycanlı futbolçunun komandası Türkiyə kuboku ilə erkən vidalaşdı
Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası – “Tuzlaspor” da bu gün kubok matçına çıxıb.
Aşağı liqa təmsilçisi “Çankaya” ilə qarşılaşan komanda 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb.
Bəxtiyar bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin