Azərbaycanlı futbolçunun komandası ilk məğlubiyyətinə üzüldü
Futbol üzrə Albaniya çempionatında 4-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da növbəti matçına çıxıb.
Komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub.
Zamiq də bu oyunda iştirak edib. O, 90 dəqiqə meydanda olub.
“Eqnatiya” hazırda 7 xalla 2-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin