Azərbaycanlı futbolçunun komandası evdə xal itirdi
Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə qarşılaşıb. Əlizadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Asim bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Üç turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin