Azərbaycanlı futbolçunun komanda yoldaşı oyun zamanı vəfat etdi
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya”nın hücumçusu Rafael Dvamena oyun vaxtı həyatını itirib.
Komanda.az Albaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, qanalı futbolçu çempionatın 13-cü turunda “Partizani” ilə keçirilən matçın 24-cü dəqiqəsində qəflətən yerə yıxılıb.
Huşunu itirən 28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçu ürəktutmadan həyatını itirib. Həkimlər Rafaelin ürəyinin meydanda dayandığını bildiriblər.
Qana millisinin sabiq üzvü “Sürix”, “Levante”, “Saraqosa”da da çıxış edib.
Vüsal sözügedən matça ehtiyat oyunçular skamyasından başlayıb. Hadisə ilə əlaqədar matç elə 1:1 olarkən yarıda dayandırılıb.
Bizi Facebook-da izləyin