Azərbaycanlı futbolçunun klubundan Rusiya şirkəti ilə bağlı qərar

Almaniyanın “Şalke” klubu formasındakı “Qazprom” şirkətinin reklamından imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun belə bir addım atmasına Rusiyanın Ukraynaya hücum etməsi səbəb göstərilib. “Şalke” bundan sonra formalarının üzərində ancaq klubun adının yazılacağını bəyan edib.

Rusiyaya məxsus olan “Qazprom” enerji şirkəti 2007-ci ildən “Şalke”yə titul sponsorluğu edirdi.

“Şalke”də Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button