
Azərbaycanlı futbolçuların komandası Türkiyə kubokunun qrup mərhələsində
Türkiyə kubokunda 5-ci mərhələnin oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi “Ankaragücü” bu mərhələdə “Menemenspor”la qarşılaşıb.
Səfərdə baş tutan bu oyundan 3:2 hesablı qələbə ilə ayrılan Ankara təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb.
Həsən bu oyunda sonadək ehtiyatda qalıb. Renat isə 90+4-cü dəqiqədə meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin