Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk etdi
Futbol üzrə Rusiya Premyer Liqasında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Start heyətdə meydana çıxan Sadıqov 61-ci dəqiqədə əvəzlənib. Sarı vərəqə limitini dolduran Quliyev isə mövsümün son matçının iştirakçısı olmayıb.
“Ximki” mövsümü 18 xalla 16 kollektiv arasında 15-ci pillədə başa vurub və Premyer Liqa ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin