Azərbaycanlı futbolçu turun rəmzi komandasında

“Samtrediya”nın formasını geyinən azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstan çempionatının 6-cı turunun rəmzi komandasında yer alıb.

Komanda.az xəbər verir ki, çempionatın 6-cı turu çərçivəsində keçirilən “Merani” ilə oyunun 54-cü dəqiqədə penaltidən fərqlənən Qurbanov hücumçu kimi fərqləndirilib.

“Samtrediya” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılmışdı.

28 yaşlı yarımmüdafiəçi vurduğu qolu əsgər salamı ilə qeyd etmışdi. Bununla o, son günlərdə ermənilərlə döyüşlər zamanı şəhid olan Azərbaycan hərbçilərini anıb.

6 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button