Azərbaycanlı futbolçu Türkiyədə əməliyyat olundu
“Səbail”in futbolçusu Cabir Əmirli əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ayaq nahiyəsindən Türkiyədə əməliyyat olunub.
Əmirli 2021-ci ilin yayından paytaxt klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin