Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, o, Albaniya “Eqnatiya”sından “Boluspor”a keçib.
Bu barədə Türkiyə 1-ci liqa təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
“Boluspor” 1-ci liqada 17 turdan 22 xalla 10-cu pillədə qərarlaşıb.
İsgəndərli 2023-cü ilin iyulundan “Eqnatiya”da oynayırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin