Azərbaycanlı futbolçu rəsmən “Arsenal”da

Rusiyanın “SKA-Xabarovsk” komandasının əslən azərbaycanlı futbolçusu Kamran Əliyev “Arsenal”a keçib.

Komanda.az xəbər verir ki, bu barədə Tula klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı vingerlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Vaxtilə Azərbaycanın gənclərdən ibarət millisində də oynamış Kamran Əliyev “Ximki”nin yetirməsidir. O, son 2 mövsümü “SKA-Xabarovsk”da keçirib. Forvard 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button