Azərbaycanlı futbolçu rəmzi komandada
Futbol üzrə Küveyt Premyer Liqasında ilk turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin formasını geyindiyi “Əl-Salmiyə” klubu da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Əl-Ərəbi” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.
Artıq mövsümün ilk turunun rəmzi komandası da açıqlanıb. Simvolik komandada Mirzəyev də yer alıb. 24 yaşlı dayaq yarımmüdafiəçisi ilk turun ən yaxşı 11 futbolçusundan biri seçilib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin