“Qarabağ”dan ayrılan futbolçu Polşa klubunda
Azərbaycanlı futbolçu Riad Abbaszadə karyerasını Polşada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 4-cü divizion təmsilçisi “Oskar”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Abbaszadə ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Abbaszadənin son klubu “Qarabağ” olub. O, Ağdam təmsilçisinin əvəzedici komandasında oynayıb. Yarımmüdafiəçi mövsümün əvvəlində “Qarabağ”dan ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin