
Azərbaycanlı futbolçu Qırığızıstan klubu ilə müqavilə bağladı
Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
Komanda.az xəbər verir ki, son mövsümü “Səbail”də keçirmiş İlkin Muradov Qırğızıstanda oynayacaq. Yarımmüdafiəçi “Abdış-Ata” ilə müqavilə imzalayıb.
Ötən həftə bu klub millimizin sabiq forvardı Mirabdulla Abbasovu da heyətinə qatmışdı. Muradov “Şamaxı” və “Zirə” klublarında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



